“Yeni Müsavat” Azər Ayxanla müqaviləyə xitam verdi 

16:39 08.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan istefa ərizəsi yazaraq, vəzifəsindən azad olunmağı xahiş edib.
 

Hafta.az xəbər verir ki, bu barədə "Yeni Müsavat’’ Media Qrupunun yaydığı məlumatda bildirilib.

 

Qeyd edilib ki, onunla aparılan danışıqlar heç bir müsbət nəticə verməyib və son olaraq istefa qəbul olunub.



"Yeni Müsavat" Media Qrupu Abbasov Azər Arif oğlu ilə əmək müqaviləsinə xitam verir və yollarının ayrıldığını təəssüflə bildirir. Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, Media Qrupunun yolunda göstərdiyi fədakarlıqlar, verdiyi əmək üçün minnətdarlığımızı bildiririk".